Bu müraciət çoxunun xətrinə dəydi, dostu danışdı: "Hacı Şahinin ailəsi buna məcbur idi..."

Bu müraciət çoxunun xətrinə dəydi, dostu danışdı:

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənlinin vəfatından 10 gündən çox vaxt keçməsinə baxmayaraq, onun personası ətrafında başlayan müzakirələr səngimək bilmir. 

 

Martın 2-də Yasamal qəbiristanlığında mərhumla keçirilən izdihamlı vida mərasimindən sonra Hacı Şahinin qəfil ölümü ölkə mətbuatının bir nömrəli mövzusuna çevrildi. 

 

Mərhumun vəfatından sonra baş verən hadisələr - məzarının hər gün ziyarət edilməsi, qəbiristanlıqda gecələr keşik çəkilməsi, şəxsi yazışmaların ictimailəşdirilməsi Hacı Şahinin şəxsiyyətinə olan marağın azalmasına imkan vermir. 48 yaşlı ilahiyyatçının məzarı üstündə təşkil olunan anım tədbirləri onun davamlı olaraq gündəmdə qalmasını təmin edən əsas faktorlardan biri idi. 

 

Qeyd edək ki, ötən həftə Hacı Şahin Həsənlinin ailəsi onu sevənlərə müraciət edərək mərhumun məzarının ziyarət edilməsini dayandırmağı xahiş etdi. Həsənli ailəsinin bu müraciəti birmənalı qarşılanmadı. Özlərini Hacı Şahinin davamçısı, hətta pərəstişkarı sayan çoxlu sayda insan bundan narazı qaldıqlarını açıq şəkildə dilə gətirdilər. 

 

Hacı Şahin Həsənlinin ailə üzvlərinin bu cür müraciətə imza atmasına səbəb nədir? 

 

Sfera.az xəbər verir ki, dostlarından biri “Yeni Sabah”a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, ailəsi məcburiyyət qarşısında qalaraq bu addımı atıb:

 

“Ailə öz başçısını, ən əziz adamını itirib. Onlar hələ də bu faciənin şokunu yaşayırlar. Hamı razılaşar ki, Hacı Şahinin qəfil ölümü ən çox onun ailə üzvlərini ağrıdır. Mediada aparılan müzakirələr, lazımsız söz-söhbətlər ailənin başını qatır, onları lüzumsuz müzakirələrə cəlb edir. Nəticədə bu adamlar dərdlərini çəkə, acılarını yaşaya bilmirlər. Bəzən bir gündə yüzlərlə insan Hacı Şahinin ailə üzvləri ilə danışmaq, onlarla müxtəlif məsələləri müzakirə etmək istəyir. Bu isə fiziki baxımdan mümkün deyil. Üstəlik, gecə ziyarətləri, məzarlıqda keşik çəkilməsi əlavə problemlər yaradırdı. Bəzi adamlar bu məsələni siyasiləşdirməyə can atırdılar. Kimlərsə xoşagəlməz söz-söhbətlərlə Hacı Şahinin ruhunu narahat edirdi. Buna görə də ailəsi qəbirüstü abidənin hazırlandığını əsas gətirərək insanlardan Hacının məzarını ziyarət etməməyi xahiş etdi”. 

 

Müsahib deyib ki, möminlər, Hacını tanıyan, sevən insanlar ailənin müraciətinə hörmətlə yanaşaraq mərhumun məzarını ziyarət etməyi dayandırıblar. 

 

“Hazırda məzarın ətrafında hər hansı iş getmir, çünki Hacının qəbirüstü abidəsi hələ hazır deyil. Bu proses 40 mərasiminə kimi başa çatacaq. Buna baxmayaraq, nadir hallarda onun məzarının ziyarətinə icazə verilir. Daha çox ucqar rayonlardan gələn adamların və sağlığında Hacı Şahinlə isti münasibətləri olan bir neçə ağsaqqalın onun məzarını ziyarət etməsinə şərait yaradılır. Bu vəzifəni Məşədi Dadaş məscidinin əməkdaşları icra edir”. - deyə həmsöhbət fikrini tamamlayıb.


OXŞAR XƏBƏRLƏR

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...