Bir qrup rusiyalı qadından Putinə ÇAĞIRIŞ: “Ərlərimizi, oğullarımızı geri çağırın”  

Bir qrup rusiyalı qadından Putinə ÇAĞIRIŞ: “Ərlərimizi, oğullarımızı geri çağırın”  

Bir qrup rusiyalı qadın Vladimir Putinə müraciət edib.

 

Sfera.az “The Telegrahp”a istinadən bildirir ki, onlar ərləri və uşaqlarının lazımi təlim keçmədən cəbhə xəttinə göndərilməsinin dayandırılmasını istəyiblər.

 

 

Yayılan videoda qadınlar Putinin yeni çağırışçıların dərhal cəbhə xəttinə göndərilməyəcəklərini deməsindən sonra onların orduya səfərbər olunmasını xəyanət adlandırıblar. Onlar qeyd edib ki, yaxınları Ukraynadakı döyüş meydanlarına “kəsilməyə hazır ət” kimi göndəriliblər.

 

“Onlar vətənlərinə xidmət etməyə hazırdırlar, lakin öz sahələri üzrə. Sizdən xahiş edirik ki, övladlarımızı, həyat yoldaşlarımızı təmas xəttindən geri çəkəsiniz, artilleriyaçılara sursat verəsiniz”, deyə qadınlardan biri deyib.

 

Xatırladaq ki, Vladimir Putin sentyabr ayında 300 mindən çox insanın səfərbər edilməsi ilə bağlı əmr imzalayıb. Hərbi xidmətə çağırılanların çoxu həlak olub. İtkilərin çox olmasının səbəbləri arasında zəif təlim və avadanlıq çatışmazlığı göstərilib. Məlumata görə, yeni çağırışçılar köhnə silah və yararsız geyimlərlə döyüşə göndərilir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...