"The Guardian" bunları Ukrayna müharibəsi ətrafında cərəyan edən əsas olaylar adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski rus əsgərləri tərəfindən əsir götürüldükdən sonra kamera qarşısında pulemyotdan açılan atəşlə qətlə yetirilən əsgər Oleksandr Matsievskiyə "Ukrayna Qəhrəmanı" adı verib.

 

Sfera.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.  Nəşr eyni zamanda son günlər Ukrayna müharibəsi ətrafında baş verən əsas hadisələrin xronologiyasını da təqdim edib.

 

1.Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ukraynanın siyasi rəhbərliyini gürcü siyasətindən uzaq durmağa çağırıb. Tənqid Ukraynanın siyasi liderlərinin Tbilisidəki etirazçılara dəstək ifadə etməsindən sonraya təsadüf edir. Qaribaşvili bu şərhləri daxili siyasətə “birbaşa müdaxilə” kimi qiymətləndirib və ukraynalı həmkarlarına “özünüzün və ölkənizin qayğısına qalın, biz də ölkəmizin qayğısına qalacağıq” deyib.

 

2.Belarus Prezidenti Aleksandr Lukaşenko yerli liderlərlə görüşmək və “ticarət və iqtisadi əməkdaşlıq” məsələlərini müzakirə etmək üçün İrana rəsmi səfərə gedib.

 

3.Ukrayna ordusunun Milli Müqavimət Mərkəzinin məlumatına görə, Xerson vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində dəmiryol xəttinə partizanların hücumu barədə məlumatlar var . “Atəş” partizan dəstəsi tərəfindən yerləşdirilən videoda Abrikosivka və Radensk yaşayış məntəqələri arasında dəmir yolu xəttinin partladıldığı görünür.

 

5.Ukraynanın xüsusi təyinatlı “Kraken” bölməsi Bryanskda Rusiyaya məxsus iki müşahidə qülləsini pilotsuz təyyarənin hücumu nəticəsində məhv edib . Üçüncü qüllə daha əvvəl martın 5-də dağıdılmışdı.

 

6.Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko özünün Telegram kanalında Donetsk vilayətinin Vuhledar qəsəbəsinə yandırıcı sursatlardan istifadə etməklə hücumu əks etdirən video yayımlayıb.

 

7.Ukrayna və Rusiya iddia edirdilər ki, əvvəlki 24 saat ərzində Baxmut uğrunda döyüşdə yüzlərlə düşmən əsgəri həlak olub , Kiyev hücumları dəf edir və şəhəri ikiyə bölən kiçik çay indi yeni cəbhə xəttini qeyd edir. Ukrayna ordusunun sözçüsü Baxmutda 221 moskvayönlü hərbçinin öldürüldüyünü, 300-dən çoxunun isə yaralandığını iddia edib. Rusiya Müdafiə Nazirliyi cəbhənin daha geniş Donetsk hissəsində 210-a yaxın ukraynalı əsgərin öldürüldüyünü bildirib.Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, şənbə günü rus qüvvələri Baxmutda heç bir irəliləyiş əldə etməyib.

 

İnci


OXŞAR XƏBƏRLƏR