Növbəti pandemiya gəlir? – Xəbərdarlıq

Növbəti pandemiya gəlir? – Xəbərdarlıq

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi növbəti mümkün pandemiya ilə bağlı xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssislər qlobal istiləşmə artdıqca bəzi “göbələklərin” təhlükə yarada biləcəyini vurğulayıblar. Qeyd olunub ki, immunitet sistemi insanları viruslar, göbələklər kimi infeksiya faktorlarından qoruyur. Lakin son illərdə immuniteti koronavirusa görə zəifləmiş insanların sayı artıb. Buna paralel olaraq göbələk infeksiyalarından ölüm hallarının artdığı bildirilib.

 

Belə ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına görə, 1970-ci illərdə yüzlərlə insan göbələk infeksiyalarından öldüyü halda, 2021-ci ildə ABŞ-da bu rəqəm 1000 olub.

 

Mütəxəssislərin fikrincə, təhlükə təkcə immunitet sisteminin zəifləməsi ilə bağlı deyil.  ABŞ-ın Mərkəzi Florida Universitetindən göbələk genetiki Yan Uil temperaturun da göbələk infeksiyalarında rol oynadığını deyib:

 

“İqlim dəyişikliyi ilə təhlükə daha da artacaq. Daha da pisi, araşdırmalar göstərir ki, bəzi patogen göbələklər iqlim dəyişikliyi səbəbindən coğrafi ərazilərini genişləndirirlər”.

 

ÜST-nin mütəxəssisi Hanan Balki vəziyyətin ciddiliyini bu sözlərlə izah edib: “Göbələk infeksiyaları getdikcə daha çox yayılır, sərhədlərini genişləndirir. Bununla belə, müalicələrə əvvəlkindən daha çox müqavimət göstərir. Ona görə də göbələk infeksiyaları bütün dünyada ciddi ictimai sağlamlıq probleminə çevrilib”.

 

Qeyd edək ki, hər il 300 milyondan çox insan göbələk infeksiyalarına yoluxur. Hər il 1,6 milyon insanın bu xəstəlikdən öldüyü təxmin edilir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR