Ölkənin dövlət və ictimai maraqlarının müdafiəsində KİV-in rolu

Ölkənin dövlət və ictimai maraqlarının müdafiəsində KİV-in rolu

Ölkənin dövlət və ictimai maraqlarının müdafiəsi bu gün prioritet məsələlərdən biridir. Ona görə, hər bir siyasi, ictimai, yaradıcı təşkilat buna öz töhfəsini verməlidir. Dövlətimizin suverenliyini, təhlükəsizliyini qorumaq, milli maraqlarımızın müdafiəsinə çalışmaq hər bir fərd və ya təşkilat üçün əsas meyar olmalıdır. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə mediasının dövlət və ictimai maraqların müdafiəsində rolu hər zamanəsas meyarlardan biri olub. KİV-də dövlət maraqlarının milli və ictimai müdafiəsinin mühüm milli və ictimai vəzifə olması ilə bağlı maarifləndirmə işinin aparılması, eyni zamanda KİV-in fəaliyyətində dövlət maraqlarının əsas götürülməsi ilə bağlıdır. 

 

Elə bir dövrdə yaşayırıq ki, Ermənistan ciddi-cəhdlə tariximizə aid olan faktları özünküləşdirərək, məhz bu “həqiqəti” KİV vasitəsilə dünyaya çatdırmağa çalışır. Azərbaycana qarşı Qərb tərəfindən açılan informasiya savaşları da göstərir ki, bu məsələdə ən böyük yük ölkə mətbuatının üzərinə düşür.Hər bir xalqın milli mətbuatı daima milli və dövlət maraqlarına xidmət etməlidir. Əlbəttə ki, mətbuatın, ilk növbədə, funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Lakin bu qayda o halda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Bu mənada tarixən formalaşmış milli mətbuat ənənələrimiz bu gün də davam edir.


İctimaiyyətin maraqları dövlət tərəfindən müdafiə edildiyi kimi, dövlətin maraqları da ictimaiyyət, cəmiyyət tərəfindən qorunmalıdır. Əlbəttə ki, ictimai və dövlət maraqlarının müdafiəsinə eyni dərəcədə önəm verilməsinin əsl nümunəsi kimi bizim ölkəmiz dünya dövlətləri üçün örnək sayıla bilər. 


İctimai və dövlət maraqlarının müdafiəsinə nəzər salsaq, görə bilərik ki, ölkəmizdə xalq, cəmiyyət, vətəndaş tərəfindən bu maraqların müdafiəsi yüksək səviyyədədir. Azərbaycan xalqının hər zaman öz dövlətinə inandığının, dövlət maraqlarını qoruduğunun şahidi olmuşuq və 44 günlük Vətən müharibəsi də bunu birbaşa təsdiq etdi. Müharibə dönəmində aydın oldu ki, Azərbaycanda xalq və dövlət arasında yüksək inam və bağlılıq mövcuddur. Şahid olduq ki, Azərbaycanda xalqla, cəmiyyətlə dövlət arasında qırılmaz tellər, bağlar mövcuddur və bu münasibətləri sarsıtmaq mümkünsüzdür.


Azərbaycan multikulturalizmini spesifik milli model hesab edə bilərik. Əsrlərin sınağından çıxmış olan bu model davamlı sabitliyə və inkişafa böyük töhfələr verib. Ölkəmizdə sabitlik modeli artıq siyasi fonemen kimi də çıxış etməkdədir. Məhz bu sabitlik mühiti multikulturalizmin mövcudluğu və multikultural dəyərlərin təbliği üçün etibarlı zəmin yaradır. Eyni zamanda, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olması ənənəsi bir reallıqdır.


İnci 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi


OXŞAR XƏBƏRLƏR