"Burada mənə heç nə olmaz, bilmirsiniz ki, lənkəranlıyam?" - Mahsun Kırmızıgüldən ŞOK ETİRAF

Mahsun Kırmızıgülün Bakı konserti maraqlı anlara səhnə olub.

 

Sfera.az OLAY-a istinadən xəbər verir ki, öncə bütün zalı Türkiyədə zəlzələdə həyatını itirən şəxsləri anmaq üçün bir dəqiqəlik sayğı duruşuna səsləyib. Bu zaman zalda olan hər kəs ayağa qalxaraq bir dəqiqəlik sükut edib.

 

Daha sonra sənətçi sevilən hitlərini səsləndirməyə, mahnıları ilə bağlı hekayələr danışmağa başlayıb.

 

 

Konsertin irəliləyən dəqiqələrdə sevənlərindən biri Mahsuna onun portretini təqdim edib. Lakin portreti çəkən şəxsin fiziki məhdudiyyətli olduğunu bildirərək, onun səhnəyə gələ bilməyəcəyini deyib. Bu zaman Kırmızıgül özü həmin şəxsə yaxınlaşıb. Onunla şəkil çəkdirdikdən sonra zalı gəzmək fikrinə düşən sənətçiyə mühafizəçilər yoldaşlıq etsə də, Mahsun “Mənə burada heç nə olmaz. Bilmirsiniz ki, mən özüm Lənkəranlıyam?”, - deyə, bildirib.

 

Kırmızıgülün Lənkəran adını çəkməsi isə  uzun illərdir əslən Lənkərandan olan azərbaycanlı iş adamı Mübariz Mənsimovla dostluq etməsi olub. Azərbaycanlıları və Azərbaycanı çox sevdiyini dilə gətirən Mahsun Mübariz Mənsimovla yaxın dost olmasını da vurğulayıb.

 

 

Tamaşaçılarla sıx təmasda olan Kırmızıgül səhnədə onların hədiyyələrini qəbul edib, fotolar çəkdirib.

 

Mahsun bildirib ki, gələn dəfə Bakı Konqress Mərkəzində yox, daha çox tamaşaçı olması üçün “Crystall Hall”da konsert verəcək. Qeyd edək ki, “Anadolu Events”in təşkil etdiyi tədbirdə 3000-dən çox tamaşaçı iştirak edib.

 

Qeyd edək ki, müğənni tədbirdən əldə edilən bütün gəliri Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün bağışlayacaq.

 


OXŞAR XƏBƏRLƏR

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...