"Kapital Bank" sahibkarlara sərfəli tarif paketləri təqdim edir

"Kapital Bank" kiçik, orta və iri sahibkarlara əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, daha qənaətcil tarif paketlərini və paket əlavələrini təqdim edir. Müştərilər tarif paketlərini və paket əlavələrini banka gəlmədən, Müştəri Bank vasitəsilə birdəfəlik ödəniş etməklə əldə edə bilərlər. Bununla da müştərilər il ərzində müvafiqəməliyyatları limitsiz və ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.

 

Sfera.az xəbər verir ki, "Kapital Bank"ın məhsullarını əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 40% endirim almaq imkanına malikdirlər. Hazırda Kapital Bank, bütün valyutalarda əməliyyatlar həyata keçirən və digər bank məhsullarından istifadə edən müştərilərinə “Hər şey daxil” tipli “Təməl”, “Uğur”, “İnkişaf” ,“Zirvə”, “Hədəf” tarif paketlərini, milli valyutada əməliyyatlara üstünlük verən müştəriləri üçün isə “Sərfəli” tipli “XS”, “S”, “M”, “L”, “XL” tarif paketlərini təqdim edir. Kapital Bank, tarif paketlərindən başqa mübadilə, məxaric və mədaxil tipli seqmentləşdirilmiş əməliyyatları əhatəedən “Valyuta Mübadiləsi”, “Hesabdan Məxaric” və “Əmək Haqqı” adlı paket əlavələrindən yararlanma imkanı yaradıb.

 

Sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini və paket əlavələrini rahatlıqla seçim imkanına malikdirlər.

 

Qeyd edək ki, tarif paketləri və paket əlavələri haqqında ətraflı məlumat və sifariş üçün  //kbl.az/tpyks linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə //cb.kapitalbank.az/login linkinə keçid etmək  kifayətdir.


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...