Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ: vəziyyət dəyişir... - XƏBƏRDARLIQ

Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ: vəziyyət dəyişir... - XƏBƏRDARLIQ

"Yanvar-fevral aylarında daşınmaz əmlak bazarında təklifin sayı azalıb. Demək olar ki, stabillik hökm sürüb. Qiymətlərdə 2-3 faiz bahalaşma müşahidə olunur".

 

Sfera.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

 

Ekspertin sözlərinə görə, ilin birinci rübündə daşınmaz əmlak bazarında bahalaşma müşahidə ediləcək:

 

"Bu bahalaşma 5 faizə qədər olacaq. Ötən ilin avqustundan etibarən mənzillərin qiymətində bahalaşma müşahidə olundu. Bu bahalaşma ilin sonuna qədər 20-25 faiz təşkil etdi. Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin sıçrayışlı artımından sonra bir qədər stabillik hökm sürür. Sonra yenidən artım müşahidə olunur. Hələ ki, qiymətlər stabildir. Təkliflərin azalması göstərir ki, qiymətlər artıma doğru gedəcək. Dünya ölkələrində də daşınmaz əmlak bazarında qiymətlərdə artımlar qeydə alınır.

 

Təkrar mənzil bazarında 1 otaqlı mənzillər hazırda 70 min manatdan yuxarı təklif olunur. 2 otaqlı mənzillər 90 mindən yuxarı, 3 otaqlılar isə 105 mindən yuxarı satılır. Metrostansiyaların yaxınlığında olan mənzillər daha bahadır. Məsələn, 1 otaqlı mənzil Köhnə Günəşli qəsəbəsində 65-68 min manatdırsa, "Xalqlar dostluğu" metrostansiyası yaxınlığında eyni mənzilin qiyməti təxminən 80 min manatdır. Metrostansiya yaxınlığında olan 2 otaqlılar 100 min manata, 3 otaqlı mənzil isə 120 mindən yuxarı təklif olunur.

 

Torpaq bazarında da qiymətlər bir qədər artmaqdadır. Paytaxtın mərkəzində demək olar ki, torpaq tapmaq mümkün deyil".

 

"Türkiyədəki zəlzələnin Azərbaycanın mənzil bazarına təsiri oldumu" sualına ekspert belə cavab verib:

 

"Türkiyədəki zəlzələnin yeni tikililərə bir qədər təsiri oldu. Vətəndaşlar yeni tikililərdə mənzil alışına bir qədər ehtiyatla yanaşmağa başladılar. İlkin bazarda qiymətlər demək olar ki, stabildir".


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...