"Ermənistan terroru dəstəkləyir"


Xarici İşlər Nazirliy (XİN) dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində asılmasına münasibət bildirib.

Sfera.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, Ermənistan tərəfindən ASALA terror təşkilatının bayrağının qaldırılması və "milli fəxarət” rəmzi kimi təlqin edilməsi yenilik deyildir: "Ermənistan terroru dəstəkləyən dövlətdir. 80-ci illərin sonlarından başlayaraq ASALA öz əməliyyat zonasını Yaxın Şərq və Avropadan Cənubu Qafqaza keçirmişdir. ASALA-nın terror əməliyyatları təcrübəsi və "modus operandisi” əsasında Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində 30-dan artıq terror əməliyyatı törədilmişdir. 90-cı illərin əvvəllərində Bakı metrosunda törədilmiş terrorla Ermənistan və ASALA dünyada ilk "metro terrorizmi”ni həyata keçiriblər”.

H.Hacıyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal olunmuş ərazilərimizdə qanlı etnik təmizləmə əməllərinin, o cümlədən Xocalı soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan "Arabo” və "Aramo” terrorçu qrupları bilavasitə iştirak ediblər: "ASALA-nın rəhbərlərindən olan Monte Melkonyan Ermənistanın milli qəhrəmanıdır və onun adına paytaxt Yerevanda abidə və küçə vardır. Monte Melkonyanın terrorçu "qəhrəmanlığı” Ermənistanda orta məktəb dərsliyinə daxil edilib.

Odur ki, bu gün ASALA terror təşkilatı Ermənistan xüsusi xidmət orqanları və ordu birləşmələrinin tərkibinə inteqrasiya olunaraq fəaliyyət göstərməkdə davam edir. İşğal olunmuş ərazilərimizdə də ASALA-nın bayrağının qaldırılması bu faktın və Ermənistanın dövlət səviyyəsində terrorizmi dəstəkləməsinin növbəti nümunəsidir”.

Qeyd edək ki, dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. Bu fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar.

Xatırladaq ki, ASALA terror təşkilatı 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılıb. Təşkilat əksəriyyəti türk diplomatı olmaqla, ümumilikdə 46 nəfərin ölümünə bais olub. 1988-ci ildə liderləri Akop Akopyan Afinada öldürüldükdən sonra ASALA fəaliyyətinə son qoyub.


OXŞAR XƏBƏRLƏR

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...

İt səhrada itmiş uşağı evə gətirdi - FOTO

ABŞ-ın Arizona ştatında itkin düşən körpəni bir gecə ümidsiz axtarışlardan sonra it xilas edib. İki yaşlı uşaq evinin yolunu tapmaq üçün təxminən 11 kilometr pi...