Moskvada təbliğat kanalı yanıb

Moskvada təbliğat kanalı yanıb

Moskvada “Spas” telekanalının ofisinin yerləşdiyi doqquzmərtəbəli bina yanıb. Bina "Ostankino" televiziya mərkəzinin yanında yerləşir. Yerli Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın birinci mərtəbədə olub, tələfat yoxdur, insanlar binadan təxliyə edilib.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, “Spas” telekanalı Rus Pravoslav Kilsəsinin rəsmi telekanalıdır. Sonradan bildirilib ki, bir saat sonra yanğın lokallaşdırılıb və tezliklə söndürülüb, yalnız beş nəfər təxliyə edilib, heç kim xəsarət almayıb. Ümumi yanğın sahəsi 50 kvadratmetr olduğu bildirilib. İnternetdə görünən video və fotoşəkillərə görə isə yanğını söndürmək üçün Moskvanın hər yerindən xüsusi maşınlar və xilasedicilər gəlib. Videoda ən azı 12 yanğınsöndürən maşın saya bilərsiniz.

 

Müqayisə üçün qeyd edək ki, ötən il Sibirdə baş verən irimiqyaslı yanğınları 30-a yaxın avtomobil söndürüb. Xatırladaq ki, “Spas” təbliğat telekanalının direktoru və prodüseri “Kadetlər” serialının keçmiş ulduzu Boris Korçevnikovdur. Xatırladaq ki, son vaxtlar ümumilikdə Rusiyada və xüsusən də Moskvada yanğınlar daha tez-tez baş verir.

 

Belə ki, bir neçə gün əvvəl Rusiya Daxili İşlər Nazirliyinin əsas binası yanıb. İki gün əvvəl Rusiya Federasiyasının Moskva yaxınlığındakı Vidnoye şəhərində Moskva koks-qaz zavodunda (“Moskoks”) partlayış baş verib və irimiqyaslı yanğın başlayıb. Krasnodarda, Moskva metrosunda, zavod və ticarət mərkəzlərində də yanğınlar olub. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov müsahibəsində bildirib ki, Rusiyada yanğınlar “bir səbəbdən” baş verir. "Bunların çoxu qəza deyil. Nə isə davamlı olaraq yanır. Dəmir yollarında siqnal avadanlıqları hər gün bir neçə dəfə yanır, müxtəlif magistrallarda davamlı olaraq 2-3 saat, bəzən 5-6 saat ərzində nəqliyyatın hərəkəti dayandırılır. bütün bölmələr yanır, lakin elə-belə yanmır”- deyə o, ukraynalıların bu işdə əli olub-olmaması sualını ironik şəkildə şərh edib. Budanovun fikrincə, bəzən “pul möcüzələr yaradır”.

 

Aynil


OXŞAR XƏBƏRLƏR