Azərbaycanda DƏHŞƏT: Kürəkən qayınana, qayınata və qaynını...

Azərbaycanda DƏHŞƏT: Kürəkən qayınana, qayınata və qaynını...

Yevlax rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.

 

Sfera.az xəbər verir ki, rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.

 

Onlar xəstəxanaya yerləşdirilib. Ümid Bağırovun vəziyyəti ağır, digərlərinin durumu orta-ağır qiymətləndirilir.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Səbuhi Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır./apa


OXŞAR XƏBƏRLƏR