Fazil Mustafadan Hacı Şahinin vida və dəfn mərasimini canlı yayımlayan İTV-yə SƏRT REAKSİYA

Fazil Mustafadan Hacı Şahinin vida və dəfn mərasimini canlı yayımlayan İTV-yə SƏRT REAKSİYA

"Azərbaycanın dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya Məşədi Dadaş məscidindən dünən verilən cümə xütbəsini öz loqosu ilə "YouTube" kanalında yerləşdirib təbliğat aparır. Kim bunu necə anlayır-anlasın, Azərbaycan dövləti  adına bu, böyük bir biabırçılıqdır".


Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

 

Deputat televiziyanın parlamentin fəaliyyətini işıqlandırmadığını deyərək, məscidlər arasında da fərq qoyduğunu deyib:

 

"Təbliğatını apardığı da bir Qum məzunudur. Allah Şahin Həsənliyə rəhmət etsin, hər kəsin də inancına sayğılıyam. İndiyədək hətta ölkə parlamentinin bir komitəsinin iclasını belə canlı yayında verməyi özünə sığışdırmayan bu televiziya mərhum din xadiminin canlı yayından həm vida, həm də dəfn mərasimini nümayiş etdirdi.  O halda gərək bütün məscidlərdəki cümə xütbələrindən reportaj versinlər. Məscidlər arasında fərq qoymanın izahını kim verə bilər?

 

Konstitusiyamızda dinin dövlətdən ayrıldığı yazılır. O halda dövlət büdcəsindən külli miqdarda vəsait ayrılan bu televiziyanın bu cür din təbliğatının izahı varmı? Dəfələrlə vurğulamışam ki, bu televiziya İnter.az kanalı Azərspace-dən çıxarıldıqdan sonra irançı köstəbəklərin ideoloji mərkəzinə çevrilib. Bilirəm ki, rəsmi səviyyədə bu xəbərdarlığıma əhəmiyyət verilməyəcək. Ancaq canımız dövlətin, gözümüz millətin təhlükəsizliyi bir namus borcumuz olduğundan bundan sonra da daha qətiyyətlə bu təhlükə barədə uca səslə mövqeyimizi bildirəcəyik".

 

İnci

 


OXŞAR XƏBƏRLƏR