Nicat Lənkəranskini kimlər öldürmək istəyib? - Silahlı insidentə görə saxlanılan ÜÇ NƏFƏRİN ADI

Nicat Lənkəranskini kimlər öldürmək istəyib? - Silahlı insidentə görə saxlanılan ÜÇ NƏFƏRİN ADI

Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlanılan şəxslərin hamısının kimliyi bəlli olub.

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şübhəli şəxs qismində tutulan şəxslər Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev adlı şəxslərdir. Onların hamısının əslən naxçıvanlı olduğu bildirilir. Hadisə zamanı küçədə iki nəfəri silahla yaralayan şəxs Şahmar İsmayılov olub.

 

İddialara görə, kriminal hesablaşma çərçivəsində o, Nicat Lənkəranski (Nicat Əkbərov) və Seymur Həsənovu vurmaq istəyib. Lakin atəş açan zaman hədəfdən yayınıb. Nəticədə iki başqa vətəndaş kriminal klanlar arasındakı hesablaşmanın qurbanı olub. Güllə yarası alan həmin iki nəfər xəstəxanaya yerləşdirilib.

 

Fotoda: İnsident anı

Qeyd edək ki, Nicat Lənkəranski və Seymur Həsənov əslən Lənkəranlıdır. Nicat mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin yaxın adamı olub. Mediada yayılan məlumatlara görə, o, ötən il Türkiyədə Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun qardaşını kriminal hesablaşma müstəvəsində öldürtdürüb. Buna görə də Naxçıvan klanı qisas almaq məqsədilə Nicat və Seymuru öldürtmək qərarına gəlib. Şahmar İsmayılovu killer kimi tutub.

 

Saxlanılanlardan Elvin Qasımov isə Emin Naxçıvanskinin qardaşıdır.

 

Xatırladaq ki, insident zamanı təsadüfən ərazidən keçən 2002-ci il təvəllüdlü tələbə Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllələnib. Hazırda onların müalicəsi davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...