Hökumətdən tələb: "WhatsApp" bu ölkədə QADAĞAN OLUNACAQ 

Hökumətdən tələb: 

"WhatsApp" İngiltərədə qadağan edilə bilər.

 

Sfera.az xəbər verir ki, "Meta"nın "WhatsApp" rəhbəri Vil Kaskart Ingiltərənin tezliklə təsdiqlənməsi gözlənilən "Onlayn Təhlükəsizlik Qanunu" səbəbilə "Whatsapp"ı qadağan edəcəyini qeyd edib.

 

Bildirilib ki, "Onlayn Təhlükəsizlik Aktı"nın tətbiqi hazırda "WhatsApp"da mesajları qoruyan "başdan sona" şifrələməni zəiflətməyə məcbur edə bilər. Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, "WhatsApp" bundan imtina edəcək və proqramı ölkə daxilində tamamilə qadağan edəcək.

 

Başdan sona şifrələmə yalnız göndərən və qəbul edənin onları oxuya bilməsini təmin etməklə mesajların təhlükəsiz olmasını təşkil edir. Texnologiya şirkətləri və təhlükəsizlik mütəxəssisləri isə bildirirlər ki, mesajları sındırılma və digər təhlükələrdən qorumaq vacibdir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR