Kripto birjası təsadüfən bir qadına 10,5 milyon dollar köçürdü

Kripto birjası təsadüfən bir qadına 10,5 milyon dollar köçürdü

2021-ci ilin may ayında aparıcı kriptovalyuta birjalarından biri olan Crypto.com 100 dollar geri qaytarılarkən səhvən Melburnda yerləşən müştərisi Tewamanogari Moneyvel-ə təxminən 10,5 milyon dollar köçürdüb. Şirkət altı aydan çox müddət ərzində vəsait itkisini hiss etməyib. Daha sonra məhkəmə yolu ilə pulu qaytarmalı olublar. 

 

Sfera.az bildirir ki, Avstraliyalı qadın-Tewamanoqari Moneyvel pulun 1,35 milyon dollarına dərhal müasir malikanə alıb, lakin məhkəmə onun satılmasını və şirkətin pulunun geri qaytarılmasını tələb edib.

 

Belə bir məbləğin alınmasının qanuniliyini şübhə altına almaq əvəzinə, Manivel dəbdəbəli xərclərə üz tutub və 2021-ci ilin dekabrına qədər bundan məhrum olub.

 

Böyük köçürmələrə baxmayaraq, ilin sonundakı auditdən əvvəl, yeddi ay ərzində səhv fərq hiss edilməyib. Bu müddət ərzində avstraliyalı vəsaiti nağdlaşdıra və hətta 1,35 milyon dollara “Craigyburn”da malikanə almağa, qohumu üçün başqa ev almağa və məbləğin bir hissəsini şəxsi hesablar arasında bölüşdürməyə nail olub.

 

 

Uzun sürən hüquqi mübarizədən sonra Crypto.com Moneyvelə qarşı iddiasının bir hissəsini qazanıb. Avqust ayında məhkəmə ilk dəfə iş üzrə qərar çıxarıb, ona görə qadın aldığı evi satmalı və onun üçün aldığı vəsaiti birjaya qaytarmalı olub.

 

 

Kreygiberndəki malikanə, məhz birjanın başqa müştərisi tərəfindən alınıb. 

"Müəyyən edilib ki, əmlak səhv ödənişə qədər izlənilə bilən vəsaitlə alınıb və ödəniş edilməsəydi, heç vaxt qadının əlinə keçməyəcəkdi. Buna görə də mən razıyam ki, bu əmlakın satışı ilə bağlı sərəncamlar Craigyburndakı əmlaka uyğundur”-deyə hakim qərarında açıqlayıb.

 

Qalan məbləğ üçün məhkəmə daha sonra əlavə qərar verəcək.

 

Qeyd edək ki, həkimlər kriptovalyutanın insanlara zərər verdiyini açıqlayıb. Real pulu virtual pula yatırmaqla bağlı stress və narahatlıq investorların sağlamlığına da ciddi ziyan vurur.

 

Şotlandiyada kriptovalyuta asılılığını müalicə etmək üçün klinikanın açıldığı da bildirilib. Terapevt Toni Marini belə nəticəyə gəlib ki, xəstəlik bir çox cəhətdən qumara bənzəyir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR