Belarusiyada ilin mahnısı - Lukaşenkonun gəlini qaliblər arasında - VİDEO

Belarusiyada ilin mahnısı - Lukaşenkonun gəlini qaliblər arasında - VİDEO

Aleksandr Lukaşenkonun gəlini Anna Seluk "Belarus ilinin mahnısı" müsabiqəsində "Ən yaxşı söz müəllifi" nominasiyasının qalibi olub.


“Sfera.az bildirir ki, Anna Seluk Aleksandr Lukaşenkonun kiçik oğlunum həyat yoldaşının təxəllüsüdür. Onun müəllifliyinə: "Ah, İsgəndər", "Bülba-rəqs", Baş Prokurorluğun himni "Qanun keşikçiləri", həmçinin Milli Birlik Gününə həsr olunmuş hitləri
aiddir.


Hətta "Bulba-dance" mahnısına çəkilən videoda Aleksandr Lukaşenkonu da görə bilərsiniz.

 

Ötən il “Minskaya Pravda”ya müsahibəsində Lukaşenkonun gəlini etiraf etmişdi ki, o, yalnız 40 yaşından sonra fəal şəkildə mahnılara sözlər yazmağa başlayıb. Onun sözlərinə görə, ən çətini Belarus Baş Prokurorluğunun himni üzərində işləmək olub.

"Əlbəttə, bu, mənim peşəkar fəaliyyətim deyil, həm də hobbim deyil. Mənim üçün mahnı yazmaq daha çox özünü ifadə etmək üçün bir fürsət və bəzi fikirləri insanlara çatdırmaq cəhdidir"- deyə Anna Seluk işini şərh edib.


Qeyd edək ki, Anna Selukun Aleksandr Lukaşenkonun kiçik oğlunun həyat yoldaşı olması faktını ilk dəfə Sergey Çalı adlı jurnalist bildirib. “Belarus İstintaq Mərkəzi” YouTube kanalında o, şairənin və Lukaşenkonun gəlininin tərcümeyi-halında bəzi oxşarlıqlara diqqət çəkib və həmçinin qeyd edib ki, “Bulba Dance” mahnısına çəkilən videoda Belarus siyasətçisinin obrazından istifadə olunub.


Xatırladaq ki, Rusiya Federasiyasından olan Olesya Oçepovskayanın daxil olduğu VESNA qrupu “Eurovision 2023”ə Çexiyadan gedəcək. Komanda Ukrayna dilində xorla “Bacımın tacı” mahnısını ifa edəcək.

 

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR