Demi Mur “Versace” şousuna hamilə qızı ilə gəldi - FOTO

Demi Mur “Versace” şousuna hamilə qızı ilə gəldi - FOTO

Los-Ancelesdə Qərbi Hollivudun bütün məşhurların toplaşdığı “Pacific Design Center”də “VersaceFW / 23”şousu keçirilib.


Şouya gələnlərin arasında aktrisa Demi Mur tezliklə ilk övladını dünyaya gətirəcək qızı Rumer Uillislə birlikdə olub.


Tədbirdə ana və qızı qırmızı xalıda çoxsaylı fotoqraflara poza veriblər. Onlar iki bacı kimi görünüblər.

 

Murun qızı bütün pozlarda diqqətlə əllərini qarnına tutub.


Hər ikisi verilişə baxıb, birinci sırada oturaraq kolleksiyanı müzakirə ediblər.

 

Xatırladaq ki, Deminin həyatında- çətin bir dövrdür. Rumer və digər iki qızı ilə birlikdə o, keçmiş əri və uşaqlarının atası Brüs Uillisə bu yaxınlarda ona diaqnoz qoyulan demensiyanın öhdəsindən gəlmək üçün hər şeyi edir.

Mediada Murun hətta həyat yoldaşı Emma Heminq və iki qızı ilə birlikdə yaşadığı Uillisin evinə köçdüyü barədə şayiələr yayıldı, lakin aktyorun ikinci yoldaşı bu məlumatı təkzib edərək bunu yalan adlandırdı.
 

Rumerə gəlincə, əvvəllər alkoqolla bağlı problemləri olduğu üçün bu il asılılıqdan qurtulmağın altıncı ilini qeyd edib. İndi o, 28 yaşlı indie müğənnisi, gitaraçı və prodüser Derek Richard Thomas ilə xoşbəxt münasibətdədir. O, dəfələrlə birgə fotolarını dərc edib və bətnindəki övladının atasına nə qədər aşiq olduğunu gizlətmir.
 

Qeyd edək ki, Brus Uillis vəsiyyətini yenidən yazıb. Məşhurun ​​sərvəti uşaqları və arvadlarından biri arasında bölünəcək. Övladların alacaqları miras paylarının qeyri-bərabər olmasına baxmayaraq ailə daim sıx əlaqədə, birlikdə dostluq münasibətdə olduqlarını sübut edir. Özəl günlərini də həmişə birlikdə qeyd edir, bir-biriıələrini necə sevdiklərini mətbuatdan və sosial şəbəkə istifadəçilərindən gizlətmirlər.


Aynil
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR