82 yaşlı modelyer Roberto Kavalli altıncı dəfə ata oldu

82 yaşlı modelyer Roberto Kavalli altıncı dəfə ata oldu

Sərvəti 400 milyon funt-sterlinqdən çox qiymətləndirilən italyan modelyerin 37 yaşlı isveçli model sevgilisi Sandra Nilssondan oğlan övladı olub.


Sfera.az xəbər verir ki, moda sənayesinin əfsanəsi Roberto Kavalli körpəyə İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən güllələnən atasının Giorgionun adı qoyulacağını bildirib.


"Sandranın vəziyyəti yaxşıdır. Bir həftə əvvəl burada, Florensiyada dünyaya gələn körpə gözəldir və onu doğuşdan dərhal sonra görmək çox həyəcanlı idi. Onun da adı Giorgiodur. Atamın da adı babam tərəfindən qoyulmuşdu. Dörd yaşım olanda Kavrilladakı qırğın zamanı nasistlər onu güllələyib”-deyə o, “Novella 2000” jurnalına danışıb.



Qeyd edək ki, Robertonun ilk evliliyi 1964-cü ildə Silvanella Giannoni ilə olub. 10 illik evlilikdən sonra boşanan cütlüyün Tommaso və Kristina adlı uşaqları var. Onun keçmiş model Eva Maria Düringerlə ikinci evliliyindən də Robert, Rachel və Daniele adlı övladları var.
 

2014-cü ildən Roberto bir vaxtlar şəxsi ada aldığı model Sandra ilə görüşür. 81,5 hektarlıq adada dörd otaqlı villa, ov evi, üzgüçülük hovuzu, qolf meydançası və Vikinqlərin yaşadığı yerin qalıqları var.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR