İlon Mask şəhər salır

İlon Mask şəhər salır

“SpaceX” və “Twitter”in sahibi İlon Maskın ABŞ-ın Texas ştatı yaxınlığındakı ərazidə öz şəhərini salmağı planlaşdırdığı deyilir.

 

Sfera.az “Wall Street Journal”a istinadən xəbər verir ki, sözügedən şəhər Ostin şəhəri yaxınlığında yerləşən Bastrop qraflığında salınacaq. 

 

Tikintisi davam edən Boring və SpaceX obyektlərinin yanındakı ərazidə təməlinin atılması planlaşdırılan şəhərdə iş adamının işçilərinin yaşayacağı bildirilir. Maskın şirkətlərində çalışanlarına aşağı kirayə haqqı ilə yeni evlərə köçməsinə şərait yaradacağı iddia edilir.

 

 

Texas qanunu bir rayonun şəhər sayılması üçün ərizə verilməzdən əvvəl həmin ərazidə ən azı 201 nəfərin yaşamasını tələb edir. Bu prosesdən sonra rayon hakimindən razılıq alınır.

 

Bastrop qraflığından bir səlahiyyətlinin verdiyi açıqlamada qeyd edilib ki, Maskdan və ya onun sahibi olduğu hər hansı təşkilatdan hələlik heç bir müraciət daxil olmayıb.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR