Alimlər 100 ildir onun axtarışında idilər – Yeni maddə kəşf edildi

Alimlər 100 ildir onun axtarışında idilər – Yeni maddə kəşf edildi

Elm adamları son araşdırmalar nəticəsində bütün dünyanı dəyişdirə biləcək yeni bir maddə kəşf etdiklərini açıqlayıblar. 
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, elm adamları praktiki vəziyyətlərdə istifadə oluna biləcək qədər aşağı temperatur və təzyiqlərdə işləyə bilən superkeçirici material istehsal ediblər.

 

Bu kəşf elm adamlarının elektrik cərəyanını müqavimətsiz keçirə bilən və maddə ətrafında maqnit sahələrini ötürə bilən material istehsalında bir əsrdən çoxdur davam etdirdikləri təşəbbüsün nəticəsidir. 

 

Belə bir maddənin kəşfi enerjini rəvan ötürə bilən və hazırda müqavimət nəticəsində itirilən enerjiyə saatda 200 milyon meqavata qədər qənaət edə bilən elektrik şəbəkələrinə gətirib çıxara bilər. 

 

Bu texnologiya həm də qeyri-məhdud enerji yarada biləcək çoxdan gözlənilən nüvə sintezi prosesinə töhfə verəcək.

 

Professor Dias və komandası yeni maddəni “Nature” jurnalında dərc olunan "N-təsirli lutetium hidriddə ətraf mühitə yaxın super keçiriciliyin sübutu" adlı məqalədə təsvir ediblər.

 

Maddə rənginə görə və “Star Trek”dəki bir elementə istinadla "Reddmatter" (Qırmızı maddə) adlandırılıb. 

 

Professor Dias və komandası lutetium adlı nadir torpaq metalını götürərək hidrogen və bir qədər azotla qarışdıraraq bu maddəni hazırlayıb. Qarışıqdakı maddələr daha sonra iki və ya üç gün yüksək temperaturda reaksiya verməyə məcbur edilir. 

 

Məqalədə deyilir ki, birləşmə əvvəlcə göy rəngli olub. Lakin o, super keçiriciliyə çatarkən yüksək təzyiq altında mavidən çəhrayıya çevrilib. Daha sonra isə maddə qeyri-keçirici metal vəziyyətində qırmızıya çevrilib. 

 

Onun işləməsi üçün maddəni hələ də 20,5 dərəcə selsiyə qədər qızdırmaq və təxminən 145 min psi-yə qədər sıxmaq lazımdır. Lakin o, digər oxşar maddələrdən, o cümlədən professor Diasın 2020-ci ildə elan etdiyi, elm adamları arasında həyəcan və şübhə doğuran maddələrdən daha fərqlidir. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR