ABŞ-dən Şimali Koreyaya XƏBƏRDARLIQ: "Ödəyəcəyi bədəl..." 

ABŞ-dən Şimali Koreyaya XƏBƏRDARLIQ:

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Şimali Koreyaya xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, qurum rəsmisi Vaşinqtonun təxribat xarakterli hərəkətlər edən Şimali Koreya ilə dialoqa açıq olduğunu, lakin müttəfiqlərinin müdafiəsinə də sadiq qaldığını söyləyib:

 

“Dünyadakı tərəfdaşlarımızla birgə Şimali Koreyaya izah etməyə çalışırıq ki, onun ödəyəcəyi bədəl yanaşmasını dəyişənə qədər artmağa davam edəcək”.

 

Dialoq və diplomatiya yolu ilə Koreya yarımadasının nüvəsizləşdirilməsi hədəfinə doğru mərhələli, real və praktiki irəliləyiş əldə edilə biləcəyini vurğulayan Prays, ABŞ-ın Şimali Koreyanın son ballistik raket sınaqlarını pislədiyini bildirib. O əlavə edib ki, son raket sınaqları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozub:

 

“Bu, Pxenyanın qonşuları və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR