“Bu, Moskvaya ikinci cəbhə açmaqdır” – Marqarita Simonyan

“Bu, Moskvaya ikinci cəbhə açmaqdır” – Marqarita Simonyan

“Gürcüstanda martın 7-dən başlayan kütləvi etirazlar Tbilisi ilə Moskva arasında  qarşıdurma yaratmağa hesablanıb”.

 

Sfera.az xəbər verir ki, bunu tanınmış jurnalist, Rusiyanın “RT” kanalının baş redaktoru Marqarita Simonyan deyib.

 

“Moskva bu cür təxribatlara ciddi cavab verməyə qadirdir. Əslində əvvəldən bəlli idi ki, bütün bu təlaşın məqsədi bizə qarşı ikinci cəbhə açmaqdır”, - Simonyan yazıb.

 

Xatırladaq ki, martın 7-dən 8-nə keçən gecə Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı kütləvi etiraz aksiyaları başlayıb. Aksiyada mindən çox insan iştirak edib. Bundan sonra ölkə hakimiyyəti təklif olunan qanunu parlamentdən geri götürsə də, müxalifət etirazları davam etdirəcəyini bəyan edib.

 

Gürcüstan ordusunun bir qrup veteranı isə hökuməti istefaya çağırıb və növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR