Rusiya Ukraynaya raket hücumlarında niyə böyük fasilələr verir? -  Britaniya kəşfiyyatı SƏBƏBİ AÇIQLADI

Rusiya Ukraynaya raket hücumlarında niyə böyük fasilələr verir? -  Britaniya kəşfiyyatı SƏBƏBİ AÇIQLADI

Rusiya dünən Ukraynaya qarşı uzunmənzilli raketlərlə növbəti kütləvi hücumu həyata keçirib. Ukrayna mənbələrinin məlumatına əsasən, 95 raket atışı icra olunub. 


Sfera.az xatırladır ki, sonuncu dəfə Rusiyanın Ukraynaya uzaqmənzilli raketlərlə kütləvi hücumu 2023-cü ilin fevralın 16-da olmuşdu. Ondan öncə isə 2022-ci ilin dekabrında oxşar hücum qeydə alınmışdı.  


Britaniya kəşfiyyatı Rusiyanın kütləvi raket hücumlarında belə böyük fasilələrin verilməsini araşdırıb. Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən bildirib ki, raket hücumlarında intervalın uzanması Rusiyada raket ehtiyatının azalması ilə bağlıdır. Nazirlik hesab edir ki, Rusiya güclü zərbələr endirmək üçün yeni raketlər istehsal etməlidir. Yeni raketlərin istehsalı isə həm vaxt, həm də böyük maliyyə tələb edir. 


Britaniyalılar düşünür ki, Rusiya raket hücumlarında intervalı uzatmaqla yaz və yay aylarında genişmiqyaslı hücumlar üçün ehtiyat yaradır. 


Martın 9-da Ukraynaya atılan raketlərin hər birinin dəyəri bir neçə milyon dollardır. İndiyədək Rusiya Ukraynaya 7,5 milyard dollarlıq 821 uzunmənzilli raket atıb. Raketlərin birinin orta qiyməti 9,135 milyon dollardır. 


Vasif


OXŞAR XƏBƏRLƏR