Hansı ölkələrdə ölüm cəzası tətbiq edilir? - SİYAHI

Hansı ölkələrdə ölüm cəzası tətbiq edilir? - SİYAHI

Ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenko dövlətə xəyanət etmiş məmurlar üçün ölüm cəzasını nəzərdə tutan qanunu imzalayıb. Bu isə yenidən ölüm hökmü ilə bağlı məsələni gündəmə gətirib.

 

Sfera.az bildirir ki, dünyanın bir çox ölkəsi de-yure və ya de-fakto ölüm hökmünün tətbiqini dayandırıb. Belarus isə Avropada yeganə ölkədir ki, qətl və ya terrorizmdə təqsirli bilinənlərə tətbiq edilən edam cəzasını qadağan etmir. Edamlar şəxsin başının arxasından vurulmaqla həyata keçirilir. Belarusla yanaşı, ölüm cəzasının tətbiq edildiyi başqa ölkələr də var.

 

Bu ölkələr hansılardır?

 

Dünya Əhali İcmalının 2023-cü il məlumatlarına əsasən, hazırda dünyanın 32 ölkəsində ölüm hökmü tətbiq edilir. “Amnesty International” jurnalı qeyd edib ki, 2021-ci ilə qədər ölüm hökmündən ən çox istifadə edən 10 ölkə - Çin, İran, Misir, Səudiyyə Ərəbistanı, Suriya, Somali, İraq, Yəmən, ABŞ və Cənubi Sudandır. Digər tərəfdən, dünyanın beş ölkəsi yalnız fövqəladə hallarda ölüm cəzası tətbiq edir. Bu ölkələrə Braziliya, Peru, Çili və Burkina Faso, həmçinin İsrail daxildir. Rusiya, Cənubi Koreya, Əlcəzair və Myanma da ölüm hökmünü dayandıran ölkələr sırasındadır. Yaxın zamanlarda ölüm hökmünü ləğv edən ölkələr isə bunlardır: Sierra Leone (2021), Qazaxıstan (2021), Papua Yeni Qvineya (2022), Burkina Faso (2018), Qvineya (2017), Benin (2016) və Madaqaskar (2015).

 

Qeyd edək ki, bu yaxınlarda İsraildə də ölüm cəzası məsələsi müzakirə obyekti olub. Belə ki, Netanyahunun rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi məhkəmə islahatları arasında ölüm hökmünün qüvvəyə minməsi yer alıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR