Türk lirəsi bir qədər də ucuzlaşıb

Türk lirəsi bir qədər də ucuzlaşıb

Türkiyədə ABŞ dollarının kursu bir qədər də yüksələrək 19 lirəyə çatıb. 


Sfera.az xəbər verir ki, martın əvvəlində 18,4 lirə olan dollar bu gün 18,97 lirəyə yüksəlib. 

 

Son aylarda dollar/lirə məzənnəsində sabitlik müşahidə edilirdi. Ötən ilin sentyabrından bəri məzənnə 18,4-18,6 intervalında dəyişirdi. Amma 2023-cü ilin əvvəlində lirədə ucuzlaşma yenidən nəzərəçarpan sürət alıb. 


Buna əsas səbəb 2022-ci ildə Türkiyənin xarici ticarət kəsirinin 110 milyard dollara yüksəlməsi, eyni zamanda 2023-cü ilin yanvar və fevral aylarında xarici ticarət kəsirinin böyüməsidir. 


Xarici ticarət kəsiri böyük olduğundan dollara tələb artır və nəticədə lirə ucuzlaşır. 


Proqnozlara görə hökumətin bütün tədbirlərinə baxmayaraq, mövcud vəziyyətdə lirənin ucuzlaşmasının qarşısını almaq mümkün olmayacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR