Avropa rus sərmayəsinin ovuna çıxıb – Daha 115 milyard avro axtarılır

Avropa rus sərmayəsinin ovuna çıxıb – Daha 115 milyard avro axtarılır

2023-cü ilin mart ayına kimi Avropa İttifaqı sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının 20,9 milyard avroluq aktivlərini dondurub. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, 2022-ci ilin oktyabrında bu məbləğ 17,4 milyard avro idi. 


Avropa qurumlarının rəsmi məlumatlarına görə, 2019-cu ilin sonunda Rusiyanın Avropa İttifaqına qoyduğu sərmayənin ümumi həcmi 136 milyard avro olub. “Bloomberg” yazır ki, Avropa İttifaqı qalan 115 milyard avronu da tapmağa çalışır.


Bunun üçün Avropa hakimiyyəti aktivlərin axtarışı mexanizmlərini təkmilləşdirir. 2022-ci ilin martında yaradılmış xüsusi işçi qrupu Avropa İttifaqında Rusiyanın aktivlərinin axtarışı ilə məşğuldur. Axtarışın nəticə verməsi üçün müvafiq qurumlar sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslərdən bəyannamələr almaq, banklar üçün əlavə hesabatların verilməsini və bu tələblərə əməl etməyənlər üçün cərimələr tətbiq etmək, sanksiyalardan yayınmağa kömək edən şəxslər üçün məhdudiyyətlər tətbiq etmək niyyətindədir. 


Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı 10 sanksiya paketi tətbiq edib. Məhdudlaşdırıcı tədbirlər altında hazırda Rusiya hakimiyyətinin və iş adamlarının təxminən 1 500 nümayəndəsi var. Eyni zamanda, agentlik qeyd edir ki, ruslar tərəfindən Avropa məhkəmələrində aktivlərinin dondurulmasını tələb edən “onlarla müraciətlər” var. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR