Bu ölkənin əhalisinin 148 trilyon dollar sərvəti var

Bu ölkənin əhalisinin 148 trilyon dollar sərvəti var

ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 147,7 trilyon dollara çatıb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ Federal Ehtiyat Sistemi (FED) açıqlayıb. 


FED bildirir ki, əhalinin sərvəti ötən ilin sonuncu rübündə artsa da, 2021-ci ilin 4-cü rübü ilə müqayisədə 2,7 faiz azalıb. 


ABŞ-də ev təsərrüfatlarının xalis sərvəti keçən ilin birinci rübündə rekord həddə - 151,9 trilyon dollara çatdıqdan sonra ikinci rübdə 146,1 trilyon dollara, üçüncü rübdə isə 144,8 trilyon dollara qədər azalıb. 


Əhalinin sahib olduğu sərvətin əsas hissəsini səhmlər təşkil edir. Səhmlərin dəyəri 4-cü rübdə 2,7 trilyon dollar artıb. Daşınmaz əmlakın dəyəri isə 100 milyard dollar azalıb.


Vasif
 


OXŞAR XƏBƏRLƏR