“Damdakı skripkaçı” filminin ulduzu vəfat etdi - FOTO

Maqazin
21:20 / 09.03.2023
12771
“Damdakı skripkaçı” filmində Tevye obrazını canlandıran və bu rolu ilə məşhurlaşan aktyor Çaim Topol 87 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, İsrail prezidenti İshaq Hersoq bu gün məşhur aktyorun ölümü ilə bağlı paylaşım edib.
Prezident dünya şöhrətli teatr və kino sənətçisi Topolun bütün karyerası boyunca davam etdirdiyi aktyorluq sənətindəki ustalığının hörmətlə xatırlandığını ifadə edib.
“O, istedadı və yaradıcılığı ilə bir çox mükafatlara layiq görüldü, lakin ən mühüm mükafatı canlandırdığı onlarla obraza onun sayəsində gülən biz qazandıq”, - deyə İ.Hersoq vurğulayıb.
Qeyd edək ki, Topol “Qızıl Qlobus” mükafatı laureatı, Oskar və Toni namizədi olub.
Lalə
Sfera.az