Lüks kruiz gəmisində sirli hadisə - 318 nəfərdə naməlum xəstəlik aşkarlandı

Lüks kruiz gəmisində sirli hadisə - 318 nəfərdə naməlum xəstəlik aşkarlandı

ABŞ-ın Texas ştatının Qalveston şəhər limanına yanaşan “Ruby Princess” lüks kruiz gəmisində 318 nəfər xəstələnib.


Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, martın 5-də limana gələn gəmidəki 284 sərnişinin və 34 ekipaj üzvünün naməlum səbəbdən xəstələndiyi açıqlanıb.
Xəstələrdə qusma, ishal kimi simptomların olduğu bildirilib.


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) xəstəliyin mənşəyi ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR