Ən nüfuzlu “Twitter” hesabları açıqlandı - SİYAHI

Maqazin
20:35 / 09.03.2023
12860
NOTUS müxtəlif amillərə əsaslanaraq hazırladığı “Twitter”in 100 ən nüfuzlu hesabının siyahısını dərc edib.
Sfera.az xəbər verir ki, bu ilki siyahının zirvəsinə “Twitter”in yeni sahibi İlon Mask yerləşib. Maraqlıdır ki, ilk 20-likdə türkiyəli iki məşhurun da hesabı var.
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra qurucusu olduğu AHBAP dərnəyinin yardımları ilə adından söz etdirən Haluk Leventin “Twitter” hesabı siyahının 16-cı pilləsində yer tutub.
Oğuzhan Uğurun zəlzələlərdən sonra kömək çağırışları üçün də istifadə etdiyi Babala TV hesabı isə 9-cu pillədə qərarlaşıb.
Lalə
Sfera.az