Sosiallaşmaq ömrü uzadır - ARAŞDIRMA

Sosiallaşmaq ömrü uzadır - ARAŞDIRMA

“Losyonlar və gözəl qoxular zövq verdiyi kimi, xoş bir dostluq da ruhu təzələyir”.


Sfera.az xəbər verir ki, bu barədə  “The Telegraph” agentliyində yayımlanan məqalədə qeyd olunub.

 

Məqalədə bildirilib ki, araşdırmalar dostların həqiqətən məlhəm olduğunu və onların ömrünüzü uzatmağa kömək etdiyini ortaya qoyub.


Mütəxəssislər 80 yaşlarındakı insanların sosiallaşacağı halda yalnız yaşayan insanlardan 5 il çox yaşaya biləcəyini qeyd edir. Belə ki, mütəxəssislər 5 illik araşdırma aparıblar və məlum olub ki, bu müddət ərzində təkbaşına qalan yaşlıların beşdə biri öldüyü halda, sosiallaşmış yaşlıların 14 nəfərindən yalnız biri dünyasını dəyişib.

 

Stressi azaldan amillər


“Journal of Epidemiology & Community Health” jurnalında məqaləsi yayımlanan doktor Sen He "Başlanğıcdan beş illik təqibə qədər sosial fəaliyyət nə qədər çox olarsa, ömür bir o qədər uzun olar" açıqlamasını verib.


“Age UK” jurnalının məlumatına görə, yaşı 75-dən yuxarı olan iki milyondan çox insan Böyük Britaniyada tək yaşayır və bir milyondan çox yaşlı insan bir aydan artıqdır ki, dost, qonşu və ya ailə üzvü ilə danışmadıqlarını deyir.


Əvvəlki araşdırmalar göstərib ki, tənhalıq təkcə emosional ruh halı deyil, əslində xəstəlik və vaxtından əvvəl ölümə səbəb olan genetik dəyişikliklərə səbəb olur. Kaliforniya Universiteti sosial izolyasiyanın bəyaz qan hüceyrələrinin yaranmamasında rol oynayan stress siqnalına təsir etdiyi barədə məlumat yayıb.
85 yaşdan yuxarı insanlar üçün sosial aktivlik nisbətləri zamanla nəzərəçarpacaq dərəcədə azalıb və ekspertlər deyirlər ki, yaşlı insanların sağlam sosial həyat sürmələri üçün daha çox iş görülməlidir.


Bəzi tədqiqatlar hətta sosial təcridin beyni daralda biləcəyini və demans riskini artıra biləcəyini göstərir.

 

İnci


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...