Rişi Sunakın geyimi müzakirə obyekti oldu - Şahzadə Harri və Vilyam da geyinib - FOTOLAR

Rişi Sunakın geyimi müzakirə obyekti oldu - Şahzadə Harri və Vilyam da geyinib - FOTOLAR

Ötən günlərdə “Twitter”də Böyük Britaniyanın Baş naziri Rişi Sunakın geyimi müzakirə obyekti olub.

 

Sfera.az bildirir ki, Baş nazir həftə sonu əynində trikotaj geyimlə görüntülənib. Sosial platforma izləyicilərindən biri isə “Bu, ən yaxşı "Tory" trikotaj geyimidir” yazıb.

 

Onun əynində olan xüsusi model isə boz rəngli “Ralph Lauren Polo” trikotajı olub.

 

Maraqlıdır ki, bu trikotajlardan Rişi Sunakla yanaşı, şahzadə Harri və Vilyam, həmçinin “Arsenal”ın baş məşqçisi Mikel Arteta kimi siyasətçilərdə də var. Yarı zəncirli trikotajlara əslində bir çox kişinin qarderobunda rast gəlmək olar. Con Levisin statistikalarına əsasən, belə geyimlərin satışı bu mövsüm 63 faiz artıb. “Fendi” markasından “Marks & Spencer”ə qədər hər mağazadan, hər büdcəyə görə bir trikotaj ala bilərsiniz. 

 

Məlumata görə, trikotaj geyimlər əslində gücün ifadəsidir. Belə ki, orta səviyyəli gücü olan şəxslər adətən kostyuma üstünlük verirlər, amma son zamanlar yüksək səviyyəli güclər trikotaj geyinir. Paltarların siyasi anlamına ironik yanaşmalar olsa da, bu, əslində belədir. Məsələn, Marqaret Tetçerin mirvariləri, Maykl Futun gödəkçəsi, Toni Blerin dinamik və canlı kostyumları onların imiclərinin vacib hissəsi idi.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR