“Adidas” məşhur reperə görə çətin vəziyyətdə qaldı: Çıxış yolu isə..

“Adidas” məşhur reperə görə çətin vəziyyətdə qaldı: Çıxış yolu isə..

Almaniyanın idman geyimləri, ayaqqabıları və aksesuarları istehsalçısı “Adidas” dünyaca məşhur reper Kanye Uest ilə əməkdaşlığı dayandırandan sonra çətin vəziyyətlə üzləşib.

 

Sfera.az bildirir ki, 1,2 milyard avro dəyərində satılmamış ayaqqabılara görə mübarizə aparan şirkət səhmdarlarının dividendlərini azaltmaq qərarına gəlib. “Adidas” reper tərəfindən hazırlanmış “Yeezy” brendinin məhsullarını satmaq üçün sadəcə 15-30% şansın olduğunu söyləyib. Şirkət indi investorlara illik ödənişini 79 faiz azaldaraq səhm başına 70 sentə endirməyi təklif edib. Nəticədə “Adidas”ın səhmlərinin qiyməti 3 faizə qədər ucuzlaşıb.

 

Qeyd edək ki, idman malları brendi “Adidas” dünyaca məşhur reper, prodüser və modelyer Kanye Uestin "antisemit" sözlərindən sonra əməkdaşlığı dayandırdığını açıqlayıb. “Adidas"dan verilən açıqlamada şirkətin “antisemitizmə və hər hansı nifrət nitqinə” dözə bilməyəcəyi bildirilib. Şirkətin baş icraçı direktoru “Biz ehtiyatları və endirimləri azaltmalıyıq. Daha sonra 2024-cü ildə yenidən gəlirli biznes qurmağa başlaya bilərik. “Adidas” fantastik brenddir, böyük infrastruktura və istedadlı insanlara malikdir. Biz onu yenidən dünyanın ən yaxşı idman brendi edəcəyik”, deyə söyləyib.

 

Türkan



 


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...