İranda qızların zəhərlənməsinə görə həbslər BAŞLADI

İranda qızların zəhərlənməsinə görə həbslər BAŞLADI

Ötən ilin noyabrından İranın müxtəlif regionlarında məktəbli qızlar arasında baş verən kütləvi zəhərlənmə faktları ilə bağlı ilk şübhəlilər saxlanılıb. 


Sfera.az “Telegraph”a istinadən xəbər verir ki, daxili işlər nazirinin müavini Məcid Mirəhmədi dövlət televiziyasına açıqlamasında beş əyalətdə bir neçə nəfərin həbs edildiyini söyləyib. 


İran mənbələrinin məlumatına əsasən, noyabr ayından bəri 1000-dən çox məktəbli qız zəhərlənib. Zəhərlənən qızlar qəribə qoxu hiss etdikdən sonra zəhərləndiklərini bildirirlər. Onlardan 400 nəfəri nəfəs darlığı, ürəkbulanma və kəskin qarınağrıları ilə xəstəxanaya yerləşdirilib. 


Bazar ertəsi İranın ali lideri isə zəhərlənmədə şübhəli bilinən hər kəsə ölüm cəzası veriləcəyini bəyan edib. 


Qərb mediası zəhərlənmə hallarının ötən ilin sentyabrında polis idarəsində 22 yaşlı qızın ölümünə görə etiraz aksiyalarından sonra yarandığına diqqəti yönəldir. Zəhərlənmə halları aksiyaların qarşısını almaq cəhdi kimi dəyərləndirilir. Ekspertlər bu cür zəhərlənmə hallarının gənclər arasında qorxu və xof yaratdığını bildirirlər. Aksiyalara görə hakimiyyət müxalifləri sıxışdırıb, yüzlərlə etirazçı öldürülüb, minlərlə insan həbs edilib və azı dörd nəfər edam edilib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR