Rusiyada 8 Martda qadınlara qumbara hədiyyə edilib – Polis araşdırmaya başladı

Rusiyada 8 Martda qadınlara qumbara hədiyyə edilib – Polis araşdırmaya başladı

Rusiyanın Lipetsk şəhərinin üç qadın sakininə martın 8-də hədiyyə olaraq "dummy" (saxta) qumbara göndərilib.

 

Sfer.az "lenrta.ru"ya istinadən xəbər verir ki, şəhər sakinlərindən biri naməlum şəxsdən gül dəstəsi və qutu aldığını bildirib. Rus qadının dediyinə görə, qutunun içərisində "F-1" qumbarası olub. Qadın "sürpriz" barədə polisə xəbər verib. Hadisə ilə əlaqədar 120 sakin təxliyə edilib.

 

Hadisə yerinə gələn əməliyyatçılar silah-sursata baxış keçirib və Lipetsk sakininə onun "dummy" olduğunu izah ediblər. Sonradan məlum olub ki, daha iki qadın analoji “hədiyyə” alıb.

 

Polis bu məsələ ilə əlaqədar araşdırma başladıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...