İnformasiya və rabitə xidmətlərinin 90 faizi Bakıda göstərilir

İnformasiya və rabitə xidmətlərinin 90 faizi Bakıda göstərilir

Azərbaycan iqtisadiyyatının bir çox sahələrində formalaşan dəyərdə Bakı şəhərinin payı 50 faizdən yüksəkdir. Amma elə sahələr var ki, burada paytaxtın xüsusi çəkisi olduqca böyükdür. 


Sfera.az xəbər verir ki, belə sahələrdən biri də informasiya və rabitə xidmətləridir. 


Azərbaycanda informasiya və rabitə sahəsində yaradılan dəyərin 90 faizə yaxını Bakıda formalaşır. 2022-ci ildə əhali, şirkətlər, dövlət və bələdiyyə qurumları informasiya və rabitə xidmətlərindən istifadəyə görə 2,755 milyard manat pul xərcləyib. Bu qədər vəsaitin 2,45 milyard manatı Bakıda ayrılıb. Başqa sözlə Azərbaycanda informasiya və rabitə xidmətlərindən istifadə ilə bağlı xərclənən hər 100 manatın 89 manatı Bakıda xərclənib. 


İnformasiya və rabitə bazarının formalaşmasında Bakının payının böyük olması əvvəlki illərdə də müşahidə olunurdu. Əvvəllər Bakının payı hətta 90 faizdən yüksək idi. 


Paytaxtın informasiya və rabitə xidmətləri bazarında payının bu dərəcədə yüksək olması bir neçə səbəblə bağlıdır. Birinci əsas səbəb Azərbaycan əhalisinin 40-45 faizinin Bakıda yaşaması və paytaxt əhalinin gəlirinin daha yüksək olması ilə əlaqəlidir. İkinci əsas səbəb isə informasiya və rabitə sahəsində infrastrukturun regionla müqayisədə Bakıda daha geniş tətbiqidir.


Vasif


OXŞAR XƏBƏRLƏR