BMT-nin baş katibi Gürcüstandakı son olaylara mübasibət bildirdi

BMT-nin baş katibi Gürcüstandakı son olaylara mübasibət bildirdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Gürcüstanda baş verən son hadisələrə münasibət bildirib.

 

Sfera.az bildirir ki, BMT-nin baş katibi Antonio Quterreş Gürcüstandakı qarşıdurma tərəflərini gərginliyin artmasına səbəb olan addımlardan çəkinməyə çağırıb. Bu barədə “RİA Novosti”yə baş katibin sözçünün müavini Fərhan Haq məlumat verib.

 

 “Baş katib Gürcüstandakı vəziyyəti izləyir. O, maraqlı tərəfləri gərginliyi artıra biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır. Baş katib söz azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin azadlığının vacibliyini vurğulayır və insanların dinc etiraz etmək hüququnu xatırladır”, deyə Haq qeyd edib.

 

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Axşam saatlarında binanın yaxınlığında toplaşan nümayişçilərin aksiyası gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edən polislə toqquşmaya çevrilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR