“Münaqişənin həlli üçün Ukraynanın müəyyən hissələrini..." - Trampdan ŞOK AÇIQLAMA

“Münaqişənin həlli üçün Ukraynanın müəyyən hissələrini...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən gündəm olub.

 

Sfera.az bildirir ki, sabiq prezident “Fox News” televiziyasına müsahibə verib. Kanal müsahibədən bəzi hissələri yayımlayıb.

 

“Daily Beast” qəzetinin xəbərinə görə, müsahibənin bir hissəsində Tramp Ukraynadakı münaqişəni dayandırmaq gücünə malik olması ilə öyünüb. Lakin Trampın həll planı ilə bağlı çıxışının bir hissəsinin yayımlanmadığı ortaya çıxıb.

 

Belə ki, həmin hissədə sabiq prezident bu fikirlərdən istifadə edib:

 

“Danışıqları davam etdirə bilərdim. Ən pis halda nələrisə nəzarətə götürmək üçün razılığa gələrdim. Açığı, orada rusdilli rayonlar var, ancaq razılaşma əldə edilə bilər”.

 

Bildirilib ki, “Fox News” televiziyası həmçinin, müsahibədən Trampın “Münaqişənin həlli üçün Ukraynanın müəyyən hissələrini Rusiyaya verərdim” ifadəsini də çıxarıb. Kanal iddiaları rədd edib və açıqlamanı silmədiyini bildirib.

 

Digər tərəfdən, Tramp müsahibəsində “Mən ABŞ prezidenti olsaydım, Ukraynada müharibənin qarşısını almış olardım” tezisini təkrarlayıb.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR