Bayden təklif etdi: Onlardan əlavə VERGİ TUTULACAQ

Bayden təklif etdi: Onlardan əlavə VERGİ TUTULACAQ

ABŞ hökuməti milyarderlərdən ən azı 25 faiz vergi tutulmasını təklif edib. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Prezident Co Bayden bununla bağlı təklifini Konqresə təqdim edəcəyi büdcə paketinə salıb. Təklifə əsasən kapitalın dəyər qazanan hissəsindən tutulan vergi dərəcəsinin 20 faizdən 39,6 faizə qədər artırılması da planlaşdırılır. 


Amerikalı ekspertlər Baydenin yeni təklifinin qəbul ediləcəyinə inanmır. Çünki Bayden oxşar təklifi bundan öncə də vermişdi və həm Senatda, həm də Nümayəndələr Palatasında demokratların çoxluq təşkil etməsinə baxmayaraq, qanun layihələri qəbul edilməmişdi. Hazırda isə Nümayəndələr Palatasında çoxluq respublikaçılardadır. Bu səbəbdən ekspertlər Baydenin təklifinin qəbul edilməyəcəyini düşünür.


Vasif


OXŞAR XƏBƏRLƏR