Pentaqon Rusiyaya qarşı istintaqda BMT-yə kömək etməkdən İMTİNA EDİB?

Pentaqon Rusiyaya qarşı istintaqda BMT-yə kömək etməkdən İMTİNA EDİB?

ABŞ-ın hərbi elitasında Rusiyaya münasibətdə fikir haçalanması var.

 

Sfera.az bildirir ki, Bayden administrasiyası və Pentaqon Rusiya məsələsində qarşı-qarşıya gəliblər. Bu barədə “The New York Times” qəzeti keçmiş və indiki məmurlara istinadən yazıb. Məlumata görə, Pentaqon Rusiya ordusunun Ukraynada törətdiyi iddia edilən cinayətlərə dair sübutları araşdırmaq istəmir və bununla bağlı administrasiyanın işinə mane olur:

 

“Pentaqon Rusiyaya qarşı istintaqda BMT-yə kömək etməkdən imtina edir. Çünki onlar araşdırmalar zamanı ABŞ hərbçilərinin də məsuliyyətə cəlb oluna biləcəyindən qorxurlar. Lakin rəsmilərin fikrincə, administrasiyanın qalan hissəsi, o cümlədən kəşfiyyat agentlikləri, Dövlət Departamenti və Ədliyyə Departamenti sübutların məhkəməyə verilməsinin tərəfdarıdır”.

 

Nəşr qeyd edib ki, Bayden bu məsələ ilə bağlı qərar qəbul etməli olacaq.Mənbələrin məlumatına görə, ABŞ Rusiya Federasiyasının Ukraynaya hücumundan sonra başladılan istintaqla bağlı sübutlar toplayıb. Buraya Rusiya rəsmilərinin qərarları haqqında məlumatlar daxil edilib.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi və siyasətçiləri ordunun mülki hədəflərə deyil, hərbi infrastruktura hücum etdiyini bildirib. Onlar həmçinin Qərbin və Ukraynanın Rusiyanı ittiham etdiyi hərbi cinayətlərdə iştirakı inkar ediblər. Bildirilib ki, Kiyev qəsdən təxribatlar təşkil edir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR