"Sinə böyütmə əməliyyatı etməmişəm, özümünküdür" - FOTO

"Plastik əməliyyatlar bizim cəmiyyətdə də adiləşib. Mən özüm də plastik əməliyyat etdirmişəm. Niyə də etdirməyim? Bu əməliyyatlar yaxşı görünmək üçün edilir. Bəlli məsələdir ki, yaşımız gedir. Ömür boyu cavan qalmayacağıq ki... Ona görə əməliyyat etdirmək lazımdır". 

 

Sfera.az xəbər verir ki, bu sözləri Səidə Sultan bizim.media-nın əməkdaşı ilə söhbətində deyib. 

 

Plastik əməliyyatlardan söz açan sənətçi haqqında yayılan "sinə böyütmə" (mamoplastika) əməliyyatını etmədiyini dilə gətirib:  

 

"Çox insanlar elə zənn edirlər ki, sinə əməliyyatı keçirmişəm. Xeyr, özümündür (gülür). Yalnız burnumun (rinoplastika - red.) və gözlərimin formasını dəyişdirmişəm (bleforoplastika - red.). Başqa heç bir əməliyyat etdirməmişəm". 

 

Səidə həmkarlarının ard-arda keçirdikləri omba əməliyyatlarına da münasibət bildirib: 

 

"Mən əməliyyatlara pis baxmıram. Amma plastik əməliyyat edəndə də gərək əndazəni aşmayasan. Kənardan yekə omba heç də yaxşı görünmür. Baxanda bilir ki, bu bədəninin müəyyən yerini reklam üçün böyüdüb". 

 

"Bədəninizin hansı nahiyyəsini plastik əməliyyatla dəyişmək istəyərdiniz?" sualına isə cazibədar müğənninin cavabı belə olub: 

 

"Mən bədənimin heç bir nahiyyəsini dəyişmək istəmərəm. Çünki vücudum idealdır və çox xoşuma gəlir. Allaha min şükür, hər şey yerindədir". 


OXŞAR XƏBƏRLƏR

Azərbaycana yarım tonluq kosmik gəmi düşəcək

Yaxın günlərdə Yerə təxminən yarım ton ağırlığında olan Sovet planetlərarası kosmik gəmisi düşəcək.   Sfera.az “BBC”yə istinadən xəbər ve...

Leyla Əliyevanın şir balası ilə maraqlı - Görüntüləri

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkında dünyaya gələn şir balasını bəsləy...

Ələt-Astara yolunda əməliyyat: saxlanılan var

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhk...

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...