Pəhriz etmədən də ARIQLAYA BİLƏRSİNİZ - ÜSULLAR

Pəhriz etmədən də ARIQLAYA BİLƏRSİNİZ - ÜSULLAR

Sağlam və incə bədənə sahib olmaq üçün kifayət qədər və düzgün qidalanmaq lazımdır. Yanlış qidalanma vərdişləri bədənin tez piylənməsinə səbəb olur. 

 

Sfera.az bildirir ki, pəhrizsiz arıqlamaq da mümkündür.  Həmin üsulları təqdim edirik.

 

Düzgün yuxu rejimi -  Bununla arıqlama arasındakı əlaqə hər kəsi təəccübləndirsə də, nizamlı yuxu arıqlamanın əsasını təşkil edir. Qeyri-kafi yuxu saatları ertəsi gün bədəninizdə ödəmin yığılmasına səbəb olur. Gec saatlara qədər oyaq olmaq və yuxusuz qalmaq yemək ehtiyacı yaradır. Arıqlamaq üçün 7-8 saat yatmaq məsləhət görülür.


Yaşıl çay və su - Yaşıl çay maddələr mübadiləsini sürətləndirir, immunitet sistemini gücləndirir və arıqlamağa kömək edir. Su isə bədəndə yığılan ödəmi və toksinləri qısa müddətdə çıxarır, eyni zamanda yağların yandırılmasına şərait yaradır. Bu baxımdan dündə 2-2,5 litr su içmək vacibdir.


Şorbalar - Yeməkdən əvvəl şorba içmək arıqlamağı asanlaşdırır. Yüksək lifli tərəvəz şorbaları və ya klassik şorbalar toxluq hissini artırır. Beləliklə, siz artıq kalori qəbulunun qarşısını almış olursunuz. 


Axşam yeməyini az yeyin - Axşam yeməyində çox yağlı və sousu olan qidaları seçmək əvəzinə, su və lif tərkibi yüksək, kalorisi az olan mövsümi tərəvəzləri seçmək arıqlamağınızı asanlaşdıracaq.


Porsiyaları azaltmaq – Bu, arıqlamaq üçün edə biləcəyiniz ən praktik addımdır. Porsiyaların azaldılması rasionunuzdan qeyri-sağlam qidaları çıxarmaq və gün ərzində istehlak etdiyiniz zərərli qidalardan uzaq durmaqdır.  Bununla siz rahat arıqlaya biləcəksiniz.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...