“Bu məsələdə Moskva ilə rəqabət aparmırıq” – ABŞ Qarabağdakı gərginliyə münasibət bildirdi

“Bu məsələdə Moskva ilə rəqabət aparmırıq” – ABŞ Qarabağdakı gərginliyə münasibət bildirdi

“ABŞ Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək niyyətində deyil, tərəflər məsələləri özləri həll etməlidirlər”.

 

Sfera.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib. O, fikirlərini bu cür davam etdirib:

 

“Vaşinqton həm sözdə, həm də əməldə iki ölkəni yaxınlaşdıra biləcəyini, o cümlədən Azərbaycan-Ermənistan arasındakı münasibətlərdə irəliləyiş əldə etməyə hazır və istəkli olduğunu göstərdi. Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Biz bunu 5 mart tarixindəki insidentdə olduğu kimi itkilərlə müşahidə edilən münaqişənin həlli üçün edirik. ABŞ sadəcə sülh və təhlükəsizliklə maraqlanır. Bu isə Ermənistan və Azərbaycan xalqlarının marağındadır”.

 

Prays həmçinin, martın 5-də təxribat zamanı həlak olanların ailələrinə başsağlığı verib. O, münaqişənin hərbi yolla həllinin mümkün olmadığını, gücdən istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd edib.

 

Xatırladaq ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...