"Qəbiristanlıqda monitorinq aparmışam, ölənlərin çoxu yaşlanmır" - Milli Məclisdə TƏKLİF

"Dövlət orqanlarına daxil olan məktubların həlli faizi nə qədərdir? Bəzən məktublar dövlət orqanları arasında vargəl edir". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirib.

 

O, bəzi dövlət qurumlarının etinasızlığından şikayətlənib:

 


"Problemlər olan məktublar bir dövlət qurumundan digərinə, bəzən də bir deputatdan başqasına keçir. Bəlkə də, dünyada məktub dövriyyəsi üzrə yarış keçirilsə, Azərbaycan birinci yerdə olar".

 

Millət vəkili qadınların və kişilərin pensiya yaşının azaldılmasını da təklif edib:

 

"Bundan başqa qadınların pensiyaya çıxmaq üçün son yaş həddi 60, kişilər üçün 62 olmalıdır. Kəndlərdə, qəbəblərdə gecəqondularda milyonlarla insan pis vəziyyətdə yaşayır. Bütün xəstəliklər cavanlaşıb, ölənlər arasında cavanlar çoxdur. Qəbiristanlıqda monitorinq aparmışam, ölənlərin çoxu yaşlanmır. Ona görə ümid edirəm ki, pensiya yaşının azaldılması təklifi nəzərə alınacaq".

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...