Kim Çen İnin bacısı ABŞ-a xəbərdarlıq etdi: “Cavab verəcəklər”

Kim Çen İnin bacısı ABŞ-a xəbərdarlıq etdi: “Cavab verəcəklər”

Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo-junq ABŞ-a xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, buna səbəb Cənubi Koreya mediasında yayımlanan ABŞ-ın Hind-Sakit Okean qrupunun komandiri Con Akvilinonun son açıqlaması olub. Belə ki, komandir "Şimali Koreya Sakit Okean istiqamətində qitələrarası ballistik raket buraxarsa, Vaşinqton dərhal qarşısını alacaq", deyə söyləyib.

 

Sözügedən sitata münasibət bildirən Kim Yo-junq isə bu fikirləri səsləndirib: “Bilmirəm, bu cür yersiz ifadələr doğrudan da ABŞ ordusunun mövqeyini izah etmək üçün edilib, yoxsa bunlar kukla medianın stereotipik oyunlarından başqa bir şey deyil? Amma doğru olub-olmamasından asılı olmayaraq əvvəlcədən açıq şəkildə xəbərdarlıq edirəm - Sakit okean ABŞ və ya Yaponiyaya aid deyil. ABŞ-ın Sakit okeanda Şimali Koreyaya məxsus ballistik raketləri vurmaq cəhdi Pxenyan tərəfindən “açıq-aşkar müharibə elanı” kimi qiymətləndiriləcək”.

 

Kim həmçinin Seul-Vaşinqton ittifaqının hərbi addımlarına istənilən vaxt lazımi, sürətli və sərt şəkildə cavab verməyə hazır olduqlarını bildirib.

 

Qeyd edək ki, ABŞ və Cənubi Koreyanın 13-23 mart tarixlərində bölgədə “Azadlıq Qalxanı” adlı ortaq təlimi baş tutacaq. Şimali Koreyanın bu təlimə cavab olaraq yeni ballistik raket sınağı keçirə biləcəyi qeyd olunub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR