Ziyarətgaha silahlı hücum-14 ölü
Dünya
22:48 / 11.10.2016
1255
Kabildə silahlıların ziyarətgaha hücumu nəticəsində 14 nəfər ölüb. Sfera.az xəbər verir ki, APA-nın "Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan DİN-in açıqlamasında bildirilir.
Məlumata görə, polis formasında olan üç silahlı "Saha məqbərəsi” adlandırılan ziyarətgaha hücum edərək oradakı möminləri gülləbaran edib. Hücum zamanı silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partladıb.
Hücum zamanı rayon polis idarəsinin rəisi daxil olmaqla 30-dək şəxs yaralanıb.