Huawei yenidən biabır oldu - Şirkət sərgi ziyarətçilərinə casusluq etməkdə şübhəli bilinir

Huawei yenidən biabır oldu - Şirkət sərgi ziyarətçilərinə casusluq etməkdə şübhəli bilinir


Bu yaxınlarda Barselonada başa çatan Mobil Dünya Konqresi sərgisi qalmaqalsız ötüşməyib.
 

Sfera.az bildirir ki, Huawei-in ziyarətçilərə təqdim etdiyi nişanlar yer izləyən çiplərə bənzəyən qaranlıq sensorlarla birləşdirilib. Şirkət dərhal ziyarətçilərə qarşı casusluq etməkdə şübhəli bilinib.
 

Nokia-nın Avropa üzrə baş vitse-prezidenti Rolf Verner hətta jurnalistlərə açılan nişanı və insanların izlənilməsi üçün istifadə oluna biləcəyindən şübhələnilən çipi göstərib. Huawei öz stendində “Beacon” texnologiyasından istifadə edib və 70 m-ə qədər yayılan aşağı güc siqnalları ilə stendini ziyarət edən ictimaiyyətin maraqlarını izləyə bilib.
 

Əlbəttə ki, Huawei casusluqla bağlı bütün ittihamları və şübhələri rədd edir. Şirkət daxili çiplərin Huawei zonasında fəaliyyəti izləməyə xidmət etdiyini iddia edir. Eksponatlardan hansının stenddə ziyarətçilərin daha çox marağına səbəb olduğunu öyrənmək üçün sırf marketinq məqsədləri üçün istifadə olunur.

Lakin bir çox ziyarətçi bu faktdan narazı qalıb, çünki nişanlardakı çiplə bağlı səssizliyin brendin onlara qarşı qeyri-şəffaf münasibətindən xəbər verdiyini əsas gətirir. Üstəlik, şirkət bir ildən artıqdır ki, casusluqda ittiham olunur. Məhz casusluq şübhəsi üzündən ABŞ-ın ona qarşı sanksiyaları tətbiq edilib və Google istehsalçının smartfonları üçün öz Android xidmətlərinə girişi rədd edib. Yeri gəlmişkən, bu sanksiyaların tətbiqi Böyük Britaniya hökumətini ölkənin mobil şəbəkələrində “Huawei” avadanlıqlarının quraşdırılmasını məhdudlaşdırmağa və ya qadağan etməyə sövq edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR