Bütün zamanların ən zəngin adamı - 2 dəqiqə ərzində sərvət qazanıb və itirib

Bütün zamanların ən zəngin adamı - 2 dəqiqə ərzində sərvət qazanıb və itirib

2013-cü ilin iyulunda bir amerikalı Paypal hesabını açıb və onun hesabına 92 ​​kvadrilyon dolların (92.233.720.368.547.800 dollar) daxil olduğunu aşkar edib. Bu, qısa müddət ərzində onu dünyanın ən zəngin insanı və yeganə kvadrilyonçu edib.
 

Sfera.az bildirir ki, hadisədən xəbər tutan müxtəlif xəbər agentlikləri dərhal Delaver qraflığının sakininin o vaxt sərvəti 67 milyard dollar olan telekommunikasiya maqnatı Karlos Slimdən milyon dəfə zəngin olduğunu yazıblar.
 

Reynolds özü bu anı xatırlayarkən, KİV-ə: "Maraqlı bir şeydir. Bilmirəm, bəlkə kimsə əylənirdi" deyir.


Adam olduqca təəccüblənib və bir az da şok olub, çünki onun PayPal vasitəsilə ən çox qazandığı pul eBay-da köhnə BMW şinləri satmaqdan əldə etdiyi 1000 dollardan bir az çox olub.


Təəssüf ki, PayPal işçiləri də səhvlərini tez anlayıb və yaranan narahatlığa görə Chrisdən üzr istəyərək problemi düzəldiblər.
 

İnanılmaz hekayəni ilk dəfə dərc edən “Philadelphia Daily News”a verdiyi müsahibədə Reynolds hesabındakı rəqəmləri görəndə özünü "bir milyon dollar" kimi hiss etdiyini bildirib. Daha sonra xəbər agentliyi Chrisdən pulu saxlaya bilsəydi, pula ilk nə alacağı barədə sual verib. O, cavabında yaxşı qiymətə razılaşa bilsə, milli borcunu ödəməklə Phillies (beysbol franşizi) alacağını qeyd edib.
 

Həmçinin bildirilir ki, Kanadada bir ailə lotereya cekpotu qazanıb, lakin biletini təqdim etməkdə beş gün gecikdiklərinə görə uduşlarını tələb edə bilməyiblər. Lotereyanın təşkilatçıları qaydaları pozan qaliblərə mükafatı verə bilməyiblər.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR