Təhlükəli "TikTok” trendi – Tələbələr xəstəxanalıq oldular

Təhlükəli

ABŞ-ın Boston şəhərindəki Massaçusets Universitetinin tələbələri  “TikTok BORG" trendi səbəbindən zəhərlənərək xəstəxanalıq olub.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, universitetin rəsmiləri tələbələrin qatıldığı əyləncə gecəsində onların “TikTok BORG trendi”nə görə həddindən artıq spirtli içki qəbul etdiklərini açıqlayıblar. 


Məlumata görə, hadisə yerinə 28 təcili yardım maşını göndərilib. 

 

Zəhərlənən tələbələrin həyati təhlükəsinin olmadığını qeyd edən səlahiyyətlilər, hadisənin ciddiliyi ilə əlaqədar bölgədəki bir çox dövlət qurumlarının səfərbər edildiyini qeyd edib.

 

Yerli polis hadisə ilə bağlı iki nəfərin saxlanıldığını bildirib.

 

Universitet həftə sonu fəaliyyətlərinin nəzərdən keçiriləcəyi və spirtli içkilərlə bağlı maarifləndirmənin artırılacağını bəyan edib.

 

Son zamanlar ABŞ universitetlərində gündəmə gələn “TikTok BORG" “zərəri azaldılmış” içmə üsulu vəd edən yeni bir trenddir.  BORG su, vodka, kofeinli dadlandırıcı və elektrolitlərlə hazırlanmış spirtli içkiyə deyilir. 

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR