Rihanna ilk dəfə oğlu ilə evini nümayiş etdirdi - FOTO/VİDEO

Rihanna ilk dəfə oğlu ilə evini nümayiş etdirdi - FOTO/VİDEO

Müğənni, iş qadını və milyarder Rihanna analıqdan zövq aldığını İnstaqram izləyiciləri ilə bölüşüb. O, 10 aylıq oğlunun bir neçə fotosunu, eləcə də onunla olan videosunu paylaşıb.
 

Sfera.az bildirir ki, Rihanna və oğlu videoların birində müğənninin “Lift Me Up” mahnısını dinləyirlər.


Fotolardan birində uşağın kameraya baxarkən ağladığı görünür. Rihanna, paylaşıma: “Oğlum, Oskarlara o yox, qardaş və bacısının getdiyini biləndə”-şərhi verib.

 

Maraqlıdır ki, bu şərhdə sənətçi özü də bilmədən əkizlərə hamilə olduğunu demək istəyir, sanki.

Başqa bir şəkildə, anasının qucağında oturan körpə Rihannanın builki “Oskar” mükafatına namizəd olan "Qara Panter: Vakanda Forever" filmindəki mahnısına çəkdirdiyi klipi yayımlayan noutbuk ekranına baxır. Qeyd edək ki, mükafatlandırma mərasimi martın 12-də baş tutacaq və Rihanna orada çıxış edəcək.
 

Müğənni oğlunun adını gizlətməyə davam edir. O, oğlunu “Vogue” jurnalına müsahibəsində “körpə” və ya son paylaşımında “mənim kök adamım” adlandırır. Daha əvvəl mediada körpənin guya Nuh adlandırıldığına dair məlumatlar yayılıb. Adı mətbuata hava limanının işçilərindən biri sızdırıb. İddiaya görə, müğənnini və sevgilisi A$AP Rocky oğlu ilə uçuş zamanı bu addan istifadə ediblər. Lakin bu hələ rəsmi təsdiqini tapmayıb.
 

Xatırladaq ki, Rihannanın oğlu ötən ilin may ayında dünyaya gəlib, onun üzü yeddi aylıq olana qədər pərəstişkarlarına göstərilməyib.
 

"Onlar kiçik ailələrindən həzz almaq üçün hər şeyi sirr olaraq saxlayırlar. Məxfilik cütlük üçün getdikcə daha vacib olur. Onlar yalnız ikisi olanda gecə-gündüz hər saat çölə çıxır və pərəstişkarları ilə ünsiyyətdə olurdular. İndi, uşaqla özlərini bir az müdafiə edirlər”-deyə Rihannanın dostları bildirib.
 

Müğənninin sözlərinə görə, oğlu dünyaya gələndən sonra dayələrin xidmətindən istifadə etməyib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...